Meksika millisinin baş məşqçisi Xavyer Aqirre oyun zamanı başından yaralanıb.
Fanat.Az xəbər verir ki, onu tribunadan pivə şüşəsi ilə vurublar.
Hadisə KONKAKAF Millətlər Liqasının 1/4 finalında, Honduras ilə oyun (0:2) zamanı baş verib.
Meksika Futbol Federasiyası Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Ölkələrinin Futbol Konfederasiyasından (KONKAKAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməyi tələb edib.