AZ

Fazil Mustafa Vüsalə Mahirqızını təbrik etdi

Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa APA-nınfəaliyyətə başlamasının 20-ci ildönümü ilə bağlı "APA-Holding" MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızını təbrik edib.

Təbrik məktubunda deyilir:

“Hörmətli Vüsalə xanım,
Sizi, Sizin şəxsinizdə
“APA-Holding”in kollektivini
APA-nın bir informasiya agentliyi olaraq yayına başlamasının 20-ci ildönümü ilə bağlı ürəkdən təbrik edirəm!

Siz 20 il içində zəngin internet resursları - Azərbaycan həqiqətləri ilə sıx bağlı olan önəmli qaynaqlar yaratmısınız.
APA xalqımızın mənəvi dəyərlərinə, həqiqətlərinə özəl diqqəti ilə seçilməkdədir. Cəmiyyətimizi, demək olar, bütün əməli fəaliyyət sahələri üzrə əhatə etməklə,
vətəndaş cəmiyyəti institutlarının çalışmalarına, tanınmış aydınların fikirlərinə də geniş meydan tanımaqdasınız.
Azərbaycan üçün xarakterik olan dini dözümlülük, dövlətimizin, xalqımızın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri “APA Holding”ə daxil olan saytlar vasitəsilə konstruktiv şəkildə tirajlanır.

Siz davamlı olaraq, Milli Məclisin, eləcə də, İctimai birliklər və dini qurumlar komitəsinin fəaliyyətinə diqqət yetirir, gərəkli informasiyaları operativ olaraq işıqlandırırsınız.

Məmnunluqla vurğulamaq istərdim ki, plagiat, böhtan, qərəzli əldə edilmiş informasiyanı yaymaq, şəxsi həyata müdaxilə kimi məsələləri jurnalist üçün ciddi peşə xətası kimi dəyərləndirərək, güvənilir, sanballı media resursları yaratmısınız.
APA haqlı olaraq, söz və ifadə azadlığına, ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşan,
yalnız fakta əsaslanan məlumatı yayan bir media qurumu olaraq tanınır.

Sizi, bütün əməkdaşlarınızı bir daha təbrik edir, hər birinizə yeni yaradıcılıq uğurları diləyirəm”!

Seçilən
17
turkustan.az

1Mənbələr