AZ

Aİ hesabatında Türkiyə detalı: İnflyasiya azalacaq?

Avropa İttifaqı Türkiyə iqtisadiyyatı ilə bağlı proqnozlarını açıqlayıb.

Publika.az xəbər verir ki, Türkiyədə inflyasiyanın azalması davam edəcək. Ciddi siyasət mövqeyi daxili tələbata təsir edəcək. Türkiyə iqtisadiyyatı 2024-cü ildə 3 faiz artacaq.

Hesabatda zəlzələ ilə bağlı xərclərin azalmasıyla dövlət kəsirinin azalacağı, dövlət borcunun isə orta səviyyədə qalacağı bildirilib.

Hesabatda Türkiyə iqtisadiyyatının 2024-cü ildə 3 faiz, 2025-ci ildə 3,2, 2026-cı ildə isə 4 faiz artacağı proqnozlaşdırılıb.

Son hesabatla Aİ-nin 2024 və 2025-ci il üçün artım proqnozları 0,1 faiz aşağıya doğru yenidən nəzərdən keçirilib. Avrozona üçün 2024-cü il üçün artım proqnozu sabit saxlanılsa da, 2025-ci il üçün 0,1 faiz azaldılıb.

Seçilən
34
publika.az

1Mənbələr