AZ

Əməkdar artistdən SƏRT TƏNQİD: “Hər yerindən durana “müəllim”, “sənətkar” deyirlər”

“Hər yerindən durana müəllim deməzlər, sənətkar deməzlər”.

Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Əməkdar artist Vahid Əliyev deyib.

Aktyor bu gün sənətkar sözünün çox ucuzlaşdırıldığını təəssüf hissi ilə bildirib.

“Sənətkar kəlməsini gün çox işlədirlər. Yetən-yetənə də sənətkar deyirlər. Sənətkar. bilirsiniz, kimə deyirlər? Nəşin çiyinlərdə son mənzilə aparılanda deyirlər, filankəs həm gözəl insan idi, həm də gözəl sənətkar. İndi bu titulu çox ucuzlaşdırıblar. Aktyor var ki, Xalq artisti, Əməkdar artistdir, oynadığı tamaşanın birinci hissəsi ilə ikinci hissəsi arasında obrazının tempindən xəbəri yoxdur. Amma nə olsun?! Xalq artistidir, Əməkdar artistdir. Yaxud da müğənnilər… Baxırsan, müğənnidir, sənətkarın yanında onun tərifini göylərə qaldırırlar, amma sənəti olana sənətkar demirlər. İnsan öz haqqını almalıdır. Haqqı nahaqa satmazlar. İndi müəllim, bəy, sənətkar sözünü çox ucuzlaşdırdılar, urvatsız etdilər. Hər yerindən durana müəllim deməzlər, sənətkar deməzlər”.

Cəvahir

Seçilən
34
yenicag.az

1Mənbələr