AZ

Ölüm xəbəri yayılan müğənninin son durumu açıqlandı - YENİLƏNİB

Ölüm xəbəri yayılan Mansur Samedin son durumu açıqlanıb.
 
Oxu.Az-a daxil olan məlumata görə, hazırda müğənninin səhhəti ağır olaraq qalır.
 
"O xəstəxanaya yerləşdirilib. Beyninə qan sızıb. Ölüm xəbərinə görə hər kəs narahat olub. Hazırda səhhəti ağırdır, reanimasiya şöbəsinə yerləşdirilib", - deyə M.Səmədin yaxınları məlumat veriblər.
 
15:38
 
Müğənni Mansur Samedin ölüm xəbəri yayılıb.
 
Moderator.az oxu.az-a istinadən xəbər verir ki, müğənninin beyninə qan sızıb və o həyatını itirib.
 
Bu barədə Oxu.Az-a açıqlama verən onun köməkçisi Orxan Nəbizadə bildirib ki, hazırda müğənni xəstəxanalardan birinə yerləşdirilib:
 
"O xəstəxanalardan birinə yerləşdirilib. Beyninə qan sızıb, onun yanına gedirik". 

Seçilən
5
26
moderator.az

10Mənbələr