AZ

Bu ölkə kriptovalyuta istehsalını qadağan edilə bilər

Dağıstanın rəhbəri Sergey Melikov Rusiya hökumətindən regionun enerji sistemi zəif olduğuna görə sabitləşənə qədər regionda kriptovalyuta hasilatını qadağan etməyi xahiş edib. 

Demokrat.az
bu barədə Melikovun mətbuat xidmətinə istinadən xəbər verir.

“Melikov ölkə hökumətinə regionun xüsusiyyətlərinin nəzərə alınması və  respublikanın elektrik şəbəkəsində vəziyyət yaxşılaşana qədər Dağıstanda mədən işlərinin qadağan edilməsi tələbi ilə müraciət imzalayıb”, - deyə press-relizdə deyilir.

Bildirilir ki, son üç ildə ölkədə elektrik enerjisi istehlakı 26 faiz, son bir ildə isə 8 faiz artıb və bütün bunlar elektrik şəbəkələrinin müstəsna dərəcədə köhnəlməsi fonunda enerji obyektlərində tez-tez texnoloji nasazlıqlara səbəb olur.

2023-cü ildə Melikov Rusiya prezidenti Vladimir Putinə regionun elektrik şəbəkələrinin “ağılagəlməz” şəkildə pisləşməsi barədə məlumat verib. Problem 2024-cü ildə də aktual olaraq qalır.

 
Əfsanə Kamal
Demokrat.az 
Seçilən
6
demokrat.az

1Mənbələr