AZ

Tərcüməçi üçün qapı-qapı düşən AFFA-nın biabırçı vəziyyəti

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa tərcüməçi tapılmır.

Belə olmasaydı, portuqaliyalı mütəxəssis hər dəfə fərqli dilbilənin xidmətinə ehtiyac duymazdı.

Əslində, şəxsi tərcüməçisi var, lakin ictimaiyyət qarşısına çıxarılması məqsədəuyğun sayılmır.

Deyilənə görə, Santuş Türkiyədə işlədiyi vaxtdan onu tanıyır və Azərbaycanda da yanında olmasını özü istəyib. Ancaq jurnalistlərlə sual-cavab zamanı yerlilərin köməyinə bel bağlayır.

Sentyabr və oktyabrdakı konfranslarda Santuşun yanında Premyer Liqa klublarında çalışan başqa ərcüməçiləri görmüşdüksə, Estoniya ilə oyundan əvvəl “Neftçi”də çalışan Vüqar Əliyev baş məşqçinin sözlərini portuqalcadan Azərbaycan dilinə çevirirdi.

Başqa cür desək, AFFA boyda təşkilat tərcüməçi üçün hər dəfə bir klubun qapısını döyür və dolayı yolla klublarda çalışan baş məşqçilərin işini çətinə salır.

10 milyonluq ölkədə əcnəbi mütəxəssisə tərcümə xidməti göstərən şəxsin tapılmaması təəccüb doğurur. Mütləq ki, vardır. Sadəcə, zəhmətə qatlaşıb axtarmaq lazımdır. Görünür, onu da bacarmırlar.

Tərcüməçi tapa bilməyənlərdən, Gəncədə çempionat keçirməyi bacarmayanlardan futbolun inkişafına töhfə verməsini gözləyirik.

Elxan Məmmədov Fransadan baxıb gülməsin, neyləsin?

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
46
sportinfo.az

1Mənbələr