AZ

Gülyaz və Gülyanağa ev bağışladılar - VİDEO

Azərbaycanın və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına Daşkənd şəhərində ev hədiyyə olunub.

Bizim.Media olay-a istinadən xəbər verir ki, bu haqda Zaur Baxşəliyev aparıcısı olduğu “Zaurla Günaydın” verilişində məlumat verib.

Zaur proqramında qonaq olan Gülyaza “Sizi təbrik edirik. Əvvəl bacınız Gülyanağa indi isə sizə Daşkənddə ev hədiyyə olunub. Siz axı hər ikiniz Özbəkistanın “Xalq artisti” fəxri adını daşıyırsınız” sözlərini deyib.

Məmmədova “Siz haradan bunu bildiniz? Özüm buna təəccübləndim” gülərək bu məsələyə şərh bildirib.


Bizim.Media

Seçilən
10
17
bizim.media

10Mənbələr