AZ

Liberiyalı menecer: COP29-un səmərəli keçməsi üçün bütün lazımi şərait yaradılıb

“Mən COP29-da Liberiya nümayəndə heyətini təmsil edirəm. Burada iştirak etməyimdə əsas məqsəd iqlim danışıqlarının bir hissəsi olmaq, iqlim maliyyəsi, itki və zərər mövzuları ilə bağlı mühüm danışıqlarda iştirak etməkdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Liberiyanın Ətraf Mühitin Qorunması Agentliyinin çoxtərəfli ətraf mühit sazişləri üzrə departamentinin meneceri Artur Bekker deyib.

O, daha əvvəl də COP konfranslarında iştirak etdiyini bildirib: “Müqayisə üçün deyə bilərəm ki, Azərbaycanda keçirilən COP29 konfransı möhtəşəm və özünəməxsus şəkildə təşkil olunub. Burada infrastruktur Bakı Hava Limanından başlayaraq əla hazırlanıb. Konfransın səmərəli keçməsi üçün bütün lazımi şərait yaradılıb. Azərbaycanın COP29 təşkilatçılığını alqışlayıram”.

Seçilən
54
yeniazerbaycan.com

1Mənbələr