AZ

Demokratlar buna görə amansız məğlubiyyətə uğrayıblar - Mask SƏBƏBİ AÇIQLADI

"Demokratlar Partiyasının ABŞ seçkilərində uğursuzluğa düçar olması xalqla əlaqənin kəsilməsi ilə bağlı olub".


Referans.az xəbər verir ki, bu barədə milyarder İlon Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.


Maskın sözlərinə görə, Demokratlar "o qədər sola gediblər ki, xalqla əlaqəsi kəsilib".


"Buna görə də onlar bu seçkidə belə amansız məğlubiyyətə uğradılar", - sahibkar qeyd edib.


Mask bir gün əvvəl Respublikaçıların qələbəsi haqqında danışarkən analoji fikri ifadə etmişdi.


"Xalq bizə mandat verib və bu, göz qabağındadır. Camaat danışıb. Xalq dəyişiklik istəyir", - Mask bunu Trampın Mar-a-Laqo malikanəsində təşkil edilən “Institut for America First” qalasında çıxışı zamanı deyib.


Seçki kampaniyası zamanı İlon Mask Respublikaçılar və Donald Trampın ən çox görünən tərəfdarlarından biri olub. Nəticədə o, ölkə administrasiyasında vəzifə alacaq və yeni Hökumətin Effektivliyi Departamentinin həmsədri olacaq. Mask öz işinin məqsədlərindən birini dövlət büdcəsinin xərclərini 2 trilyon dollar azaltmaq olacağını deyib./publika.az 

Seçilən
47
1
referans.az

2Mənbələr