AZ

Frank Pallone Bakıda - Nəyə görə separatçı rejimi dəstəkləyirdiniz sualı CAVABSIZ QALDI VİDEO

"Ermənidən daha artıq erməni olan" Amerikalı konqresmen Frank Pallone COP29 iqlim tədbirində iştirak etmək üçün Bakıya gəlib.

Xezerxeber.az xəbər verir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ölkəmizə qarşı düşmən mövqeyi ilə seçilən Pallone verilən suallara cavab  verməyib.

Amerikada  olarkən ökəmiz  haqqında qəbuledilməz  açıqlamalar verən bu konqresmen indi Bakıda idi...

Dediklərini  burda  da  təkrarlaya  bilərdi...və  təbii ki, yerli  jurnaslitlərin  ondan  soruşmaq  istədiyi  suallar çox idi...

"Erməni lobbisi sizə nə qədər pul ödəyib? ", "Nə üçün özünüzü erməni kimi aparırsınız?", "Nəyə görə separatçı rejimi dəstəkləyirdiniz ?" kimi sualların qarşısında dilini udan Palloneni heç bir cavab verməyib....

Daha bir sərt sual Pallonenin erməni terroruna açıq dəstək verməsi ilə bağlı olub. Jurnalistlər ABŞ Konqres üzvünü bu siyasətini əsaslandırmağa çağırıb. Onun bu sualı cavablandırmamaq üçün mövzunu dəyişməyə cəhd etdiyi müşahidə olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr