AZ

Paraqvaylı legioner: "Azərbaycan mənim ikinci evimdir"

“Hazırda milli komandalara görə fasilədir. Biz hazırlıqlarımızı davam etdiririk. Təbii ki, uğurlu nəticələr bizi sevindirir. Kollektivdə əla atmosfer var. Komanda yoldaşlarım da əla futbolçulardır. Mövsümün sonunda məqsədimizə çatmaq istəyirik. Məqsədimizə də addım-addım çatmaq niyyətindəyik”.

İdman.biz xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın futbolçusu Sezar Meza Kolli deyib.

Paraqvaylı futbolçu komandasının bu mövsüm uğurlu mövsüm keçirməsindən danışıb. Bununla yanaşı isə o, yenidən Azərbaycana qayıtmasına fikir bildirib: “Azərbaycan mənim ikinci evimdir. “Araz-Naxçıvan”a keçdiyimə görə şadam. Komandaya gəlmişəmsə, ən yaxşısını etməyə çalışıram. Yaxşı, mehriban kollektivim var. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq” (Sportal.az).

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr