AZ

Liftlərin üzərindəki kiçik dəlik nə üçündür? - MARAQLI

Gündəlik həyatda diqqət çəkməyən, lakin məqsədi çox vacib olan müxtəlif xırda detallar var. Bu detallar arasında liftin qapılarındakı kiçik dəliklərin havalandırma üçün olduğu düşünülsə də, görün onların əsl məqsədi nədir...

Liftlər həyatımızı asanlaşdıran mühüm nəqliyyat vasitələrindəndir. Daha hündür və daha dərin strukturların inşası ilə ortaya çıxan bu alətlər, 1 mərtəbə olsa belə, insanların çoxunun nərdivan yerinə üstünlük verdiyi alətlərdir.

Lift qapılarındakı bu kiçik dəliklər nə havalandırma dəlikləri, nə də kameralardır. Məşhur inancın əksinə olaraq, bu dəliklər əslində xüsusi açarla açıla bilən kilid deşikləri idi.

Bu dəliklər sayəsində liftdə tıxac, elektrik kəsilməsi və ya yanğın kimi fövqəladə hallar zamanı səlahiyyətli qruplar xüsusi açardan istifadə edərək qapını aça və sıxışmış insanların təhlükəsiz şəkildə xilas edilməsini təmin edə bilirlər.

Dəqiqələrin belə həyati əhəmiyyət kəsb etdiyi fövqəladə hallarda, bu dəliklər sayəsində xilasetmə qrupları liftdə sıxışan insanlara daha sürətli çataraq xilas edə bilir.
Bu çuxurlardan liftlərin dövri təmiri üçün də istifadə olunurdu. Bu deşiklər liftlərin təhlükəsizliyini təmin etmək üçün çox mühüm tədbirdir.

Lakin fövqəladə hallar üçün istifadə olunsa da, bu dəliklərə hər liftdə rast gəlinmir. Sözügedən deşiklər liftin modelinə, binanın quruluşuna və istehsalçının üstünlük verdiyi təhlükəsizlik sistemlərinə görə dəyişir.

Bəxtiyar Səlimov/Turkustan.az

Seçilən
66
turkustan.az

1Mənbələr