AZ

SSRİ əsilli Trampın müşaviri Ukrayna üzrə xüsusi elçi ola bilər

...Donald Trampın SSRİ əsilli müşaviri Boris Epşteyn ABŞ-ın Ukrayna münaqişəsinin həlli üzrə xüsusi elçisi ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Amerikanın “The New York Times” qəzeti mənbələrə istinadən yazıb. ...Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Epstein bu vəzifəyə namizədliyini Trampın prezident Cozef Baydenlə görüş üçün Vaşinqtona uçuşu zamanı təklif edib.

Mənbələr “The New York Times”-yəbildiriblər ki, Epsteinin təklifi seçilmiş prezidentin komandasının bəzi üzvlərini “şoka salıb”.

Eyni zamanda, Tramp öz müşavirini maraqla dinləyib, lakin onun ideyasını nə rədd edib, nə də həyata keçirəcəyinə söz verib.

“The New York Times” qeyd edir ki, Epstein 1982-ci ildə Moskvada anadan olub və 1993-cü ildə ABŞ-a köçüb. Diplomatik təcrübəsinin olmamasına baxmayaraq, o, Trampın hüquq komandasına əhəmiyyətli təsir göstərir.

Bundan əvvəl Donald Tramp Ukraynadakı münaqişəyə son qoymaq üçün “çox çox çalışacağını” bildirmişdi.

Onun seçkilərdə qələbəsindən sonra Amerika mediası bir neçə mümkün həll variantını dərc edib.

Eyni zamanda, Moskva təkid edir ki, Ukraynadakı münaqişənin həlli zamanı Rusiyanın təhlükəsizlik maraqları nəzərə alınmalıdır. Bundan əlavə, danışıqlar yeni ərazi reallıqlarına əsaslanmalıdır.

Əli Babayev

Seçilən
95
5
sia.az

6Mənbələr