AZ

Si Szinpin Çinin Tramp administrasiyası ilə işləməyə hazır olduğunu açıqlayıb

Çin Xalq Respublikasının Sədri Si Szinpin Amerika lideri Cozef Baydenlə görüşdən əvvəl bildirib ki, Çin hakimiyyəti 2025-ci il yanvarın 20-də ölkəyə rəhbərlik edəcək ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə işləməyə hazırdır.

Bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Onun sözlərinə görə, Pekin iki xalqın rifahı naminə ABŞ-ın yeni administrasiyası ilə əlaqə saxlamaq, əməkdaşlığı genişləndirmək və fikir ayrılıqlarını həll etmək üçün işləməyə hazırdır.

“Bu yaxınlarda ABŞ-da seçkilər başa çatıb. Çinin məqsədi Çin və ABŞ arasında sabit, sağlam və davamlı əlaqələrdir. Bu məqsəd dəyişməz olaraq qalır”.\\report.az

Seçilən
10
2
musavat.com

10Mənbələr