AZ

Peruda qaçaqmalçı tarantula və zəhərli həşəratlarla saxlanılıb

Bakı. Trend:

Peruda qaçaqmalçılıqda şübhəli bilinən bir qadın, bədəninəbağlanmış yüzlərlə tarantula və digər zəhərli həşəratlarlatəhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb.

Trend xəbər verirki, hadisə paytaxt Limadakı hava limanında baş verib. 28 yaşlıqadın plastik torbalarda 300-dən çox tarantula, təxminən 100qırxayaq və doqquz sancılı güllə qarışqasını bədəninə bağlayaraqCənubi Koreyaya keçirmək istəyərkən şübhəli hərəkətləri ilə diqqətçəkib.

Perunun Milli Meşə Təsərrüfatı və Vəhşi Təbiət Xidmətininbioloqu Pilar Ayalanın sözlərinə görə, heyvanlar filtr kağızınabükülmüş kiçik kisələrdə saxlanılıb və bədənə iki kəmərlə sarınıb.Saxlanılan şəxsin qorxunc yükü müvafiq təbiət mühafizəsixidmətlərinə təhvil verilib.

Hörümçək qaçaqmalçılığı şəxsi suvenir kolleksiyaçıları arasındaçox gəlirli sahə kimi tanınır. Biologiya üzrə ekspert Elis Xyus, bucür hobbi ilə məşğul olan kolleksiyaçıların mümkün qədər çox nümunətoplamağa çalışdıqlarını bildirib.

Seçilən
35
az.trend.az

1Mənbələr