AZ

“New Yorker”in sahibi HƏYATINI İTİRDİ

Məşhur “New Yorker” geyim şəbəkəsinin qurucusu və rəhbəri Fridrix Knapp 73 yaşında dünyasını dəyişib.

Bu barədə “Braunschweiger Zeitung” portalı yazıb.

Mənbə qeyd edir ki, sərvəti 4,6 milyard dollar olan almaniyalı milyarder və sahibkar Knapp İsveçrədə uzunmüddətli müalicədən sonra ötən həftə getdiyi Zült adasında həyatını itirib.

Xatırladaq ki, o, 1971-ci ildə Tilmar Hansen və Mişel Simson ilə birlikdə “New Yorker” geyim şəbəkəsini qurub.

"New Yorker" şirkətində hal-hazırda 23 minə yaxın işçi çalışır və şirkət 47 ölkədə 1200-dən çox filialla fəaliyyət göstərir. Knappın rəhbərliyi altında şirkət qlobal moda sənayesində mühüm mövqeyə sahib olmuşdu.

Seçilən
22
6
news365.az

9Mənbələr