AZ

Nepallı iştirakçı: İnkişaf etmiş ölkələrdən adekvat iqlim maliyyəsi gözləyirik

Artıq 20 ildir mən iqlim dəyişikliyi məsələləri ilə mübarizə aparıram. Təəssüf ki, hazırda apardığımız danışıqlar o qədər də ürəkaçan deyil. Mən nələr ola biləcəyindən bir qədər narahatam. Çünki biz ümidli idik. Belə ki, biz həssas bölgələri, cəmiyyətləri təmsil edirik. Mənim ölkəmdə - Nepalda bir çox fəlakətlər baş verir. Gördüyümüz kimi, artıq iqlim dəyişikliyi dəhşətli nəticələrə səbəb olur. Biz bunu hiss edirik. Ümidvaram ki, danışıqlar müsbət davam edəcək.

“İki sahil” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində Nepal nümayəndə heyətinin üzvü Bimal Raj Reqmi deyib.

“Düzünü desəm, vəziyyət o qədər də ürəkaçan deyil. Biz artıq nəticəyönümlü danışıqlar gözləyirdik. Onlar hələ də daha böyük prinsiplər üzərində mübahisə edirlər, konkret rəqəmlərdən danışmırlar. Bizim isə istəyimiz ildə 5 və ya 6 trilyon dollardır. İnkişaf etmiş ölkələrdən adekvat iqlim maliyyəsi gözləyirik, lakin belə görünür ki, bu, baş verməyəcək. 700 milyon yalnız “aysberqin bir kənarıdır”. Bir çox suallar hələ də cavabsız qalıb. Bizim 1.5 dərəcədən də böyük ambisiyalara ehtiyacımız var", - deyə Bimal Raj Reqmi qeyd edib.

Seçilən
28
ikisahil.az

1Mənbələr