AZ

Kamçatka sahillərində zəlzələ baş verib

Kamçatkanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsindən məlumat verilib.

Bildirilir ki, ocaqdan Petropavlovsk-Kamçatskiyə qədər olan məsafə 101 km-dir. Şəhərdə yeraltı dalğaların intensivliyi üç balla qiymətləndirilir.

Zəlzələ 47,6 kilometr dərinlikdə baş verib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Seçilən
28
50
nocomment.az

10Mənbələr