AZ

Fərid Qayıbov: Su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir

Növbəti dəfə Azərbaycanda beynəlxalq idman tədbiri keçirilir.

“İki sahil” xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar Bakı bulvarında “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlə bağlı danışarkən deyib.

O bildirib ki, müxtəlif qonaqların burada olması müsbət məqamdır: “Tədbirin COP29 çərçivəsində keçirilməsi vacibdir. Bu gün Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb. Bilirsiniz ki, su və təbiətin təmiz olması insan həyatı üçün önəmlidir. Bu yolda idmançıların da töhfəsi böyükdür. Buna görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına təşəkkür edirəm”.

Qeyd edək ki, “Təmiz suda avar çək” devizi altında keçirilən yürüşlər dünyanın 100-dən çox şəhərini əhatə edir.

Seçilən
65
1
ikisahil.az

2Mənbələr