AZ

Şamil Ayrım: "Fransa Ermənistan vasitəsilə Qafqazı qarışdırmaq istəyir" VİDEO

Son 5 ildir ki, Azərbaycandan çox uğurlu nəticələr görürük. COP29 isə böyük bir təşkilatçılıqdır. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi önəmli idi. Çünki müharibələrin, savaşların olduğu bu dünyada iqlim dəyişikliyi gündəmdə olan bir məsələdir.

Bu fikirləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım "Xəzər Xəbər"ə müsahibəsi zamanı səsləndirib. Türkiyəli deputat COP29-un Azərbaycana qazandıracağı uğurlardan da danışıb.  

Türkiyəli deputat Fransanın liderlər  səviyyəsində olan bir konfransa qatılmaması məsələsinə də toxunub.

Şamil Ayrım deyib ki, Fransanın bu cür davranışı yeni deyil. Fransa Ermənistanı silahlandırsa belə, bilsin ki, Qarabağ torpaqları Azərbaycanındır və heç vaxt geri qaytarılmayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
38
xezerxeber.az

1Mənbələr