AZ

Sudanda ölənlərin sayı qeydə alınandan qat-qat çoxdur

Bakı. TurkicWorld

Sudanda müharibədə qurbanlarının sayı qeydə alınandan qat-qat çoxdur, bu haqda Britaniya və Sudandakı tədqiqatçılar tərəfindən dərc edilmiş yeni hesabatda deyilir.

TurkicWorld bu barədə Arab.AZ-a istinadən xəbər verir.

Hesabata əsasən, rəsmi mənbələr Sudanda müharibənin ilk 14 ayı ərzində Xartum əyalətində 61 mindən çox insanın öldürüldüyünü bu rəqəmin dəfələrlə çox olduğu sübut olunub.

Hesabatda qeyd edilir ki, yalnız zorakılıq nəticəsində aldığı ağır xəsarətlər nəticəsində ölən təxminən 26 mindir.

London Gigiyena və Tropik Tibb Məktəbində Sudan Tədqiqat Qrupu tərəfindən dərc edilmiş layihə araşdırması göstərir ki, aclıq və xəstəlik Sudanda baş verən ölümlərin əsas səbəblərindən biridir.

Tədqiqatçılar bildiriblər ki, Xartum əyalətində bütün səbəblərdən ölənlərin sayı 2023-cü ilin aprelində ordu ilə Çevik Dəstək Qüvvələri arasında başlayan müharibə başlamazdan əvvəl ölkə üzrə qeydə alınan orta göstəricidən 50% yüksəkdir. Dolayısı ilə bu əyalətdə ölən insanların tam yarısı bir başa müharibədən deyil, müharibənin fasdları olan aclıq və xəstəliklərdən ölüblər.

Birləşmiş Millətlər Təşkilatı bildirir ki, münaqişə 11 milyon insanı evlərini tərk etməyə məcbur edib. Sudan münaqişəsi dünyada ən böyük aclıq böhranına səbəb olub.Hal-hazırda ölkədə ən azı 25 milyon insanın yardıma ehtiyacı var.

Təbii ki, müharibə fonunda ölənlərin sayını hesablamaq çətin məsələdir. Tədqiqatçılar deyirlər ki, hətta sülh dövründə belə Sudanda çoxlu ölüm halları qeydə alınırdı. İnternet və rabitə xidmətlərinin tez-tez kəsilməsi də milyonlarla insanı xarici dünyadan təcrid edib.

Tədqiqata rəhbərlik edən epidemioloq və Sudan Tədqiqat Qrupunun həm-direktoru Maysoon Dahab deyir ki, tədqiqatçılar “monitorinq və təkrar monitorinq” kimi tanınan nümunə götürmə üsulu ilə “ölən insanların kimliyini təyin edirlər ki bu da olduqca çətin prosessdir.

Seçilən
50
19
turkic.world

10Mənbələr