AZ

İngiltərə millisində 94 il sonra bu da oldu

İngiltərə millisi UEFA Millətlər Liqasının VI turunda İrlandiyanı darmadağın edib – 5:0.

Futbolpress.az xəbər verir ki, görüşdə Antoni Qordon, Konor Qallaqer, Carrod Bouen və Teylor Harvud-Bellis yığmada debüt qollarını vurub.

İngiltərə millisində 94 il sonra birinci dəfə bir oyunda 4 futbolçu debüt qoluna imza atıb.

Sonuncu dəfə 1930-cu ildə Cimmi Hempson, Harri Burqes, Sammi Kroks və Erik Hauton debüt qollarını Şimali İrlandiyaya vurmuşdular.

Seçilən
31
futbolpress.az

1Mənbələr