AZ

Süni intellekt klassiklərə qarşı

ABŞ-ın Pitsburq Universitetində aparılan təcrübə zamanı süni intelektin yazdığı şeirlər Şekspir, Eliot, Bayron və Emili Dikinson kimi klassiklərin şeirlərindən daha çox bəyənilib.

Kulis.az xəbər verir ki, şeirləri duyğu, ahəng, özünəməxsusluq kimi cəhətlər üzərindən dəyərləndirən oxucular süni intelektin yazdığı şeirlərə yüksək qiymət veriblər.

Hətta oxuculardan hansı şeirlərin klassik imzalar tərəfindən, hansıların süni intelekt tərəfindən yazıldığını soruşanda cəmi 46 faiz doğru təxmin edə bilib.

Nəticələrə görə ən bəyənilməyən şeirlər Eliotun şeirləri olub. Oxucuların çoxu bu şeirləri "hissiz" kimi dəyərləndirib süni intelekt məhsulu olduğunu düşünüblər.

Həmçinin qeyd edilib ki, süni intelekt birce Emili Dikinsonun tərzində yazmağa çətinlik çəkib.


Qeyd edək ki, nəticələr Noyabrın 14-də "Scientific Reports" jurnalında yayımlanıb.

Seçilən
44
1
kulis.az

2Mənbələr