AZ

“Mənim istəyimlə istefa verdilər”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə bir neçə yüksəkvəzifəli məmurun istefa verməsinə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Paşinyan bu barədə feysbuk hesabında paylaşım edib və məmurların onun təşəbbüsü ilə istefa verdiklərini vurğulayıb.

“İctimaiyyət arasında fəal müzakirələri nəzərə alaraq, vəziyyəti aydınlaşdırmağı zəruri hesab edirəm. Bir sıra yüksəkvəzifəli şəxsin öz postlarını tərk etməsini istədim”, - deyə o yazıb. 

Onun sözlərinə görə, istefaların səbəbi şəxsi amillərlə əlaqəli deyil və onun daha əvvəllər barəsində danışdığı sistemli problemlərlə bağlıdır. 

Xatırladaq ki, Ermənistanın infrastruktur naziri Qnel Sanosyan, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan, Daxili İşlər Nazirliyinin rəhbəri Vahe Kazaryan və İstintaq Komitəsinin rəhbəri Arqişti Kyaramyan və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri Sasun Xaçatryanın istefa ərizəsi yazdığı məlum olub. İstefalar barədə rəsmi şərh verilməmişdi.

 

Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr