AZ

“Azərbaycan çayının dadı damağımda qalıb" – İndoneziyalı qonaq - FOTO

COP29 konfransı üçün Olimpiya Stadionunda yüzdən çox ölkənin pavilyonları yer alıb.

Azərbaycan pavilyonunda əcnəbilər ənənəvi çayımıza xüsusi maraq göstərirlər. Çayın ödənişsiz olması və kişmişlə, somavarla xüsusi ikram edilməsi gələn qonaqları cəlb edir. 

İndoneziyadan olan müşahidəçi Joshua Christopher Chandra da Azərbaycan çayını dadmaq üçün sıraya düzülənlərdəndir. O, Bizim.Media-ya bildirib ki, Azərbaycan pavilyonunu böyük olduğu üçün çox bəyənib. 

"Çayın dadı çox gözəldir. İndoneziya çay və kofenin ölkəsi kimi tanınır. Buna əsasən deyə bilərəm ki, Azərbaycan çayının dadı damağımda qalıb". 

O, həmçinin konfransa gəlmək məqsədindən də danışıb. 

"Mən biznes sahibiyəm. Bura gəlməkdə məqsədim yeni tanışlıqlar qurmaq, əhatə dairəmi genişləndirməkdir. Burada xüsusi insanlar çoxdur, onlarla tanışlıq yeni üfüqlərin yaranmasına səbəb olur, əsasən də sosial biznes sahibləri üçün. Həmçinin bura gəlmişəm ki, yeni texnologiyalarla tanış olum".




Nuray, Bizim.Media

Seçilən
61
50
bizim.media

10Mənbələr