AZ

“Apple” televiziya bazarına daxil olacaq

Müəllif: Ayşən İmanova, Banco.az

On ildən çox fasilədən sonra “Apple” yenidən öz televizorunu istehsal edəcək.

Banco.az xəbər verir ki, bu barədə “MacRumors”, insayder və “Bloomberg” müxbiri Mark Qurmana istinadən məlumat yayıb.

Məlumata görə, şirkət 2009-2011-ci illərdə uğursuz cəhddən sonra ikinci dəfədir ki, televiziya bazarına daxil olmağa çalışır.

Qurmanın sözlərinə görə, “Apple” öz brendi altında yeni ağıllı ev cihazları xəttinin bir hissəsi ola biləcək televizor yaratmaq ideyasını nəzərdən keçirir. Bununla belə, mütəxəssisin qeyd etdiyi kimi, layihə çox erkən inkişaf mərhələsindədir və onun istehsala başlaması illər çəkə bilər.

“Apple” televizoru uğurla istifadəyə verilərsə, bu, şirkət üçün televiziya bazarında rəqabət aparmaq üçün yeni imkanlar açacaq. Hazırda, şirkət yalnız televizorunuza qoşulan “Apple TV” yayım cihazını təklif edir.

“Apple TV”nin premium dizaynla yanaşı, “Apple” cihaz ekosistemi ilə daha dərin inteqrasiyaya malik olacağı gözlənilir. Bununla belə, şirkətin displey xüsusiyyətləri, funksiyalar və qiymətlər baxımından digər TV markaları ilə necə rəqabət aparacağı məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
100
50
banco.az

10Mənbələr