AZ

Qətər əmiri G20 sammitində iştirak edəcək

Qətər əmiri şeyx Təmim bin Həməd Al Tani G20 sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ərəb dövləti başçısının ofisindən məlumat verilib.

Ofisdən bildirilib ki, şeyx Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın dəvəti ilə bu ölkəyə səfər edəcək. Əl Taninin tədbirdən sonra Kosta-Rika və Kolumbiyaya səfərlər planlaşdırılıb.

Qeyd edək ki, bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində 20 ölkədən ibarət G20 qrupunun iki günlük sammiti başlayır. Tədbirə G20 ölkələrinin və bəzi digər dövlətlərin liderləri, o cümlədən Anqola, Boliviya, Qətər, Kolumbiya, Misir, Malayziya, Nigeriya, Sinqapur və Vyetnamın rəhbərləri dəvət olunub. Braziliya sədrlik dövrü üçün əsas mövzular kimi davamlı inkişaf, qlobal idarəetmə və institutların, o cümlədən BMT, Beynəlxalq Valyuta Fondu (BVF) və Ümumdünya Ticarət Təşkilatının islahatlarını, sosial inteqrasiyanı və aclıqla mübarizəni seçib.

Gülşən Şərif

Seçilən
10
27
bakivaxti.az

10Mənbələr