AZ

BMT-nin baş katibi G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



BMT-nin Baş katibi Antonio Quterreş G20 liderlərini, istixana qazı emissiyalarının azaldılması məsələsində liderlik nümayiş etdirərək, Azərbaycanda eyni vaxtda keçirilən iqlim danışıqlarını dəstəkləməyə çağırıb.
Oxu.Az-ın News.un.org-a istinadla verdiyi məlumata görə, bu barədə o, bazar günü, noyabrın 17-də Braziliyada keçirdiyi mətbuat konfransında danışıb.
"COP29-da (iqlim maliyyələşməsi məsələsində - red.) uğurlu nəticə hələ də əlçatandır, lakin bunun üçün G20-nin liderliyi və kompromisi tələb olunacaq", - deyə Quterreş vurğulayıb.
O, xüsusilə inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi məsələsində dəstək verilməsinin vacibliyini vurğulayıb.
Baş katib qeyd edib ki, Paris Sazişinə əsasən, temperatur artımını 1,5°C həddində saxlamaq hədəflənir. Lakin mövcud vəziyyət əsrin sonuna qədər temperaturun 3,1°C artmasına gətirib çıxara bilər ki, bu da fəlakətli nəticələrə səbəb olar.
Quterreş dünya emissiyalarının 80%-ni təşkil edən G20 ölkələrinin bu prosesdə öncül rol oynamalı olduğunu bildirib.
"Mən bütün G20 ölkələrinin məsuliyyət hissinə müraciət edəcəyəm. İndi dünyanın ən böyük iqtisadiyyatları və emissiya mənbələri tərəfindən nümunəvi liderlik göstərmək vaxtıdır. Uğursuzluq variant deyil", - deyə o bildirib.
Quterreş, həmçinin qeyd edib ki, G20-nin bu istiqamətdə atacağı addımlar inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında etimadın güclənməsinə, həmçinin 2025-ci ildə yüksəksəviyyəli milli iqlim planlarının hazırlanmasına təkan verəcək.
Seçilən
48
26
oxu.az

10Mənbələr