AZ

"Strateji saziş üçün hərtərəfli yaxın münasibətlər olmalıdır"- Şakir Ağayev

"Paşinyan strateji saziş irəli sürür ki, “Biz Azərbaycanla 100 il müddətində saziş imzalamalıyıq”. Bu Paşinyanın növbəti hiyləgər addımıdır.

Siyasi şərhçi Şakir Ağayev bu sözləri News365.az-a deyib.

 "Strateji sazişi bağlamaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər olmalıdır, sülh müqaviləsi bağlamalıdır, ərazi bütövlüyü tanınmalıdır.  Tarixən dövlətlərin strateji sazişlərinə baxanda dövlətlər arasında bu əlaqələrin olduğunu görürük.  Hərtərəfli yaxın münasibətlər olur. Azərbaycanın son dövrdə müqavilələr bağladığı ölkələri görürük ki, bu dövlətlərlə heç problem yoxdur. Bu gün Azərbaycanla Ermənistan arasında həll olunmayan çoxlu problemlər var. Birincisi delimitasiya-demarkasiya məsələlərində heç bir irəliləyiş yoxdur. İkincisi sülh müqaviləsi ilə bağlı 11-ci paket göndərildi. Ermənistan indi deyir ki, Azərbaycana göndərmişik, alınacaq 12-ci paket. Sülh müqaviləsi ilə bağlı Ermənistan Azərbaycanın şərtini qəbul etmir. Sülh müqaviləsinin bağlanılması üçün Ermənistan mütləq şəkildə konstitusiyasında dəyişikliklər etməlidir. Paşinyan hələ də söz oyunu oynayır."-deyə bildirib. 

News365.az

Seçilən
29
news365.az

1Mənbələr