AZ

COP29 məkanından aksiyalar keçirilib

Noyabrın 18-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi məkanda iqlim və feminist fəalları ekoloji çirklənməyə qarşı bir neçə etiraz aksiyası keçirib.

Feminist qadınların aksiyası “Feministlər iqlim ədaləti tələb edir!”, “Feministlər xətti tutur!” şüarları altında keçirilib. Aksiyada iqlim dəyişikliyinə qarşı mübarizə üçün sənaye dövlətlərinin pul ödəməsi tələb edilib.

Bu gün ekofəllar, o cümlədən Afrika qitəsi ölkələrindən, həmçinin Nigeriyadan olan fəallar aksiyalar keçirib.

Aksiyalarda “İqlim maliyyəsini dekolonize edin!”, “Afrika gəncləri iqlim ədaləti tələb edir!”, “Öhdəliyiniz hesabına bizi istismar etməyi dayandırın!”, “Maliyyələşdirmə ehtiyac əsaslı maliyyələşdirmədir!”, “Karbon bazarları hesabına torpaq ələ keçirməyi dayandırın!”, “Niger deltasında qalıq yanacaq hasilatını dayandırın!”, “Planeti yandırmayın!”, “İqlimə ədalət!”, “Nefti çıxarmayın, torpaqda saxlayın!”, “Mənim vergimi mədən yanacağına sərf etməyi dayandırın!” və başqa şüarlar qaldırıblar.

COP29

COP29

COP29

COP29

Seçilən
14
turan.az

1Mənbələr