AZ

Psixoloji sıxıntının insanın həyatına və işinə təsiri araşdırılıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun “Utreçt (İşə Bağlılıq Şkalasının (Utrecht Work Engagement Scale) Azərbaycan dilinə adaptasiyası: onun psixoloji sıxıntı və həyat-iş məmnunluğuna təsirinin araşdırılması” məqaləsi “Index Copernicus”, “EBSCO”, “Google Scholar”, “Crossref”, “SSRN”, “Dimensions” və digər nüfuzlu elmi bazalarda indekslənən “Technium Social Sciences” jurnalında dərc olunub.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, uzman klinik-psixoloq Narınc Rüstəmova, psixoloqlar Ülviyyə Nəhmətova, Mətanət Əliyeva və Ülkər Zalova-Nuriyevanın Azərbaycan dilinə adaptasiyasını həyata keçirdiyi “Utreçt İşə Bağlılıq Şkalası (UWES)” işçilərin işə bağlılıq səviyyəsini üç fərqli aspektdən (güc, fədakarlıq və qəbuletmə) tədqiq etməyə imkan verir. İşə bağlılıq və sadiqliq dedikdə işçinin müəyyən bir quruma, işlədiyi yerə inteqrasiyası, bağlılıq dərəcəsi, həmçinin işçinin təşkilatın məqsəd və hədəflərini qəbul etməsi, bu hədəflərə çatmaq üçün səylə çalışması, işlədiyi yerdə qalmaq üçün əlindən gələni etməsi nəzərdə tutulur.

UWES-in Azərbaycan dilinə adaptasiyası üçün tədqiqat prosesinə 25-69 yaş aralığında 976 məktəb direktoru cəlb olunub. Respondentlərin 56.5 faizini qadınlar, 43.5 faizini isə kişilər təşkil edib.

Statistik təhlilin nəticələri UWES-in Azərbaycan dilinə adaptasiya olunmuş variantının strukturunun orijinal versiya ilə oxşarlıq təşkil etdiyini sübuta yetirib. Əldə olunan nəticələr həmçinin şkalanın etibarlılığının yüksək səviyyədə olduğunu göstərir. Beləliklə, psixoloji sıxıntının iş, rifah və həyat məmnunluğu arasında vasitəçi rol oynaması ilə bağlı bootstrap təhlilləri vasitəçilik effektinin mövcudluğunu təsdiq edib.

Seçilən
60
tehsil.biz

1Mənbələr