AZ

Bakı Təşəbbüs Qrupu tərəfindən müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq aksiya keçirilib

Bakı Təşəbbüs Qrupu tərəfindən COP29-un keçirildiyi Mavi Zonada müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq aksiya təşkil edilib.

Olaylar xəbər verir ki, aksiya iştirakçıları müstəmləkəçiliyin ətraf mühitə vurduğu təsir, nüvə silahlarının nəticələrinə qarşı etiraz ediblər, sağlam mühitdə yaşamaq hüququ tələb ediblər.

Aksiya səssiz keçirilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bakı

Bakı

Bakı

Bakı

Bakı

Bakı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
1
olaylar.az

2Mənbələr