AZ

“Müstəmləkələr Fransa siyasətində qara ləkədır”-deputat

“Müstəmləkələr

“Fransanın dünyaya insan hüquqları və demokratiya dərsi keçməyə çalışır, amma özünün bu istiqamətdə xeyli problemləri var. Ən böyük problem müstəmləkələrlə bağlıdır. Dünyanın müxtəlif bölgələrində hələ də müstəmləkə saxlaması Fransa siyasətində qara ləkədır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə söyləyib.

Deputat əlavə edib ki, BMT-nin müstəmləkəçiliyə qarşı çağırışlarına və dünyada sülhün qorunması üçün cavabdeh olan BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olmasına baxmayaraq Fransa hələ də müstəmləkəçilik siyasəti yeridir, müxtəlif bölgələrdəki xalqların öz müqəddaratını təyin etməsinə mane olur: “Səbəb isə həmin ölkələrin təbii sərvətlərini ucuz qiymətə əldə etmək, əhalini istismar etmək, eyni zamanda, həmin ərazilərdə nüvə sınaqları və təbiətə, insanların həyatına zərər vuran sınaqlar keçirməkdən ibarətdir. Bu məsələ dünya ictimaiyyətində böyük narahatlıq doğurur”.

A.Mirzəzadə vurğulayıb ki, iş hətta o səviyyəyə çatıb ki, Fransa Afrikadakı keçmiş müstəmləkə olan ölkələrdən qovulur, hərbi kontingentdən çıxarılır, həmin ölkələr Fransa ilə müdafiə barəsində sazişlərinə xitam verir”.

Röya İsrafilova

Seçilən
13
xalqcebhesi.az

1Mənbələr