Bakı. Trend:
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov 3-cü“Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihəqaliblərindən biri olan Vüqar Mamedov ilə növbəti görüşünükeçirib.
Görüşdə Zakir İbrahimov müsabiqə qalibi ilə kadrların və vaxtınidarə edilməsi, iş və həyat balansı, emosional zəka, fors-majorhallarda effektiv qərar qəbuletmə ilə çevikliyin təmin olunmasımövzuları ətrafında müzakirələr aparıb.
Həmçinin İdarə Heyətinin sədri məhdud maliyyə və insanresurslarından istifadənin effektiv planlaşdırması vəprioritetləşdirməsi istiqamətində təcrübəsini bölüşüb, müsabiqəqalibinə müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, müsabiqə qalibinin 1 illik fərdi inkişaf planınauyğun olaraq idarəetmə sahəsində nəzərə biliklərlə yanaşı, real işmühitində təcrübə toplayaraq müvafiq sahədə bacarıqlarını artırmasıüçün işgüzar görüşlərə cəlb edilməsi nəzərdə tutulub.