AZ

Azərbaycan "iqlim təhsili"nin inkişafına tam sadiqdir - Emin Əmrullayev

Bakı. Trend:

Azərbaycan "iqlim təhsili"nin inkişafına və dayanıqlılıqəsasında qurulan bir gələcəyin yaradılmasına tam sadiqdir.

Trend xəbər verir ki, bubarədə Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev COP29çərçivəsində təşkil edilən "Təhsilin ekoloji istiqamətəyönəldilməsi və iqlim savadlılığının artırılması" mövzusundadəyirmi masa zamanı bildirib.

"Son altı ildə Azərbaycanda iqlim dəyişiklikləri və ekolojiməlumatlılığı milli tədris proqramımıza inteqrasiya etmək üçünaddımlar atmışıq. İbtidai sinifdən orta məktəbə qədər təbiətelmləri kimi fənlər iqlim dəyişikliklərinə həsr olunmuş vacibelementləri özündə birləşdirir. Məsələn, coğrafiya üzrə tədrisproqramımızın standartlarının 25 faizindən çoxu birbaşa iqlimsistemləri və davamlı inkişafa aiddir. Bu kompleks yanaşmaşagirdlərimizə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpaolunan resurslardan istifadəni və ekosistemlərimizin qorunmasıyollarını anlamaqda kömək edir.

Biz "iqlim təhsili"nin inkişafına və dayanıqlılıq əsasındagələcəyin qurulmasına tam sadiqik. Bizim üçün iqlim dəyişiklikləriuzaq bir problem deyil – bu, reallıqdır. Planetdə temperaturunyüksəlməsi, hava şəraitində dəyişikliklər və su ehtiyatları iləbağlı çağırışlar bizə işimizin aktuallığını xatırladır. Bu təcilivəziyyət bizi "iqlim təhsili"ni təhsil sistemimizin əsas elementietməyə təşviq edir, gələcək nəsilləri yalnız uyğunlaşmaq üçündeyil, həm də bu sahədə lider olmaq üçün hazırlayır", - deyə obildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
32
1
az.trend.az

2Mənbələr