AZ

COP29 çərçivəsində növbəti mövzuda panel müzakirəsi olub

Noyabrın 18-də COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, panel sesssiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub. 

Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki,  bu gün əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük vermək üçün yenidən tənzimləməkdir. Bu isə iqlim savadlılığının təhsil standartlarına inteqrasiya olunması və öyrənənlərin iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək bacarıqlarla təmin edilməsi deməkdir. 

Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə yaşıl enerji və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib. 

Panel müzakirəsi zamanı iqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb. 

Panel çərçivəsində təşkil edilən "Greening Education Partnership" təşəbbüsünün ikinci illik iclası da öz növbəsində qlobal təhsil liderləri tərəfindən dayanıqlılığın təhsil sistemlərinə inteqrasiyası ilə bağlı müzakirələr aparmaq üçün dinamik platforma rolunu oynayıb.

Seçilən
22
5
cebheinfo.az

6Mənbələr