AZ

ABŞ-da yerkökü epidemiyası başlayıb

ABŞ-da 2 ştatda şirkət tərəfindən istehsal olunan eko köklər bağırsaq infeksiyası xəstəliyinin yayılmasına səbəb olub.

"Medicina" xəbər verir ki,artıq bir nəfər həyatını itirib, 15 nəfəri xəstəxanaya yerləşdirilən ümumilikdə 39 yoluxma halı qeydə alınıb.


"Artıq market rəflərində olmaması gərəkən, lakin hələ də istehlakçıların soyuducularında və ya dondurucularında qala biləcək kök məhsulları geri çağırılır",.


Şirkət məhsulların "şiga toksini" ifraz edən "Escherichia coli" (E. coli) bakteriyası ilə çirklənə biləcəyini açıqlayıb.

Qeyd olunub ki, bu bakteriya xüsusilə kiçik uşaqlarda, yaşlılarda və immun sistemi zəif olan şəxslərdə ağır nəticələrə gətirir, bəzən də ölümə səbəb olur.

"E. coli" infeksiyasının əlamətləri arasında güclü qarın sancılanması, qanlı ishal, qızdırma, ürəkbulanma və qusmalar var. Xəstəliyin inkubasiya müddəti 24 saatla 10 gün arasında dəyişir və adətən 3-4 gün davam edir.


Seçilən
8
1
medicina.az

2Mənbələr