AZ

Paşinyan Fransiskə Azərbaycanla sülh prosesindən danışdı

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Papa Fransisk ilə görüşüb. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Paşinyan Roma Papasına Ermənistan-Azərbaycan sülh prosesindəki son hadisələr haqqında məlumat verib və Ermənistan hökumətinin Sülh Gündəliyinə sadiqliyini təsdiqləyib. O, Ermənistan Respublikasının sülhə töhfə verməkdə qərarlı olduğunu da vurğulayıb.

Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Ağarza Elçinoğlu 

Seçilən
45
50
unikal.az

10Mənbələr