AZ

“Xiaomi”nin gəliri rekord səviyyəyə çatdı

Çinin istehlakçı elektronikası istehsalçısı “Xiaomi” bu ilin üçüncü rübündə xalis mənfəətini 10%, gəlirini isə 31% artıraraq rekord səviyyəyə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Hesabat dövründə şirkətin xalis mənfəəti 5,34 milyard yuan (737 milyon dollar) təşkil edib. “Xiaomi”nin rüblük gəliri isə 70,89 milyard yuandan 92,5 milyard yuana yüksəlib. Bu, rekord səviyyə hesab olunur.

“Xiaomi” nin üçüncü rübdə smartfon satışından əldə etdiyi gəlir 13,9% artaraq 47,5 milyard yuana çatıb. Şirkət iyul-sentyabr aylarında ümumilikdə 43,1 milyon smartfon satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur.

 

Seçilən
7
2
nocomment.az

10Mənbələr