AZ

Komada olduğu iddia ediən İranın ali dini lideri Xamneyi İranın Beyrutdakı səfiri Amani ilə görüşüb.




İsrail mətbuatının komada olduğunu iddia etdiyi İranın ali dini lideri Ayətullah Əli Xamenei İranın Beyrutdakı səfiri Müctəba Əmani ilə görüşüb.İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrail mətbuatının və sosial medianın "koma" iddialarından sonra ilk dəfə görüntülənib. Xamenei dünən paytaxt Tehranda İsrailin Beyrutda həyata keçirdiyi radio hücumunda yaralanan İranın Beyrutdakı səfiri Müctəba Əmani ilə görüşüb. Bu gün yayımlanan görüşün görüntülərində Xamneyinin sağlam olduğu görülüb.Görüşlə bağlı açıqlama verən Amani, “Sağlamlığıma çox diqqət yetirdilər. Sol gözümdə problem olmadığını ancaq sağ gözümdə yüngül görmə problemi olduğunu bildirdim. “Zədəmə görə göstərdiyi diqqət və qayğıdan razı qaldım.
İsraillə əlaqəli sosial media hesabları noyabrın 7-dən bəri ictimaiyyət arasında görünməyən Xamneyinin zəhərlənərək xəstəxanaya yerləşdirildiyini, komaya girdiyini, hətta öldüyünü iddia etmişdi.

aia.az
Tərcümə şöbəsi






Seçilən
41
1
aia.az

2Mənbələr