Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini və ölkənin Mərkəzi Seçki Komissiyasının yekun məlumatlarını tanımadığını bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirib.
Prezidentin sözlərinə görə, ölkə “sabitləşmə” ilə üz-üzədir.
O, həmçinin “böhrandan çıxmaq üçün” yeni parlament seçkilərinin keçirilməsini təklif edib.