AZ

Lukaşenko 20-dən çox hərbçinin rütbəsini geriALDI

Belarus Prezidenti Aleksandr Lukaşenko 2020-ci ildəki qanunsuz hərəkətlərə görə 20-dən çox hərbi qulluqçu və hüquq-mühafizə orqanlarının əməkdaşını rütbələrindən məhrum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Lukaşenko sərəncam imzalayıb.

Sərəncama əsasən, keçmiş hərbi qulluqçular və müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları (komandirlər) - ümumilikdə 21 nəfər hərbi və xüsusi rütbələrdən məhrum edilib.

Qeyd edək ki, sözügedən hərbçilər 2020-ci ildə ictimai-siyasi vəziyyətin gərginləşdiyi dövrdə qanunsuz hərəkətlərə yol veriblər.

Seçilən
25
29
redaktor.az

10Mənbələr