AZ

AUKUS ölkələri birgə hipersəs silahlarının hazırlanmasına başlayır

Bakı. Trend:

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS müdafiə alyansıçərçivəsində hipersəs silahlarının hazırlanması və sınaqdankeçirilməsini planlaşdırır.

Trend xəbər verirki, bu barədə Pentaqonun yaydığı açıqlamada məlumat verilib.

Sənədə əsasən, tərəflər "AUKUS Komponent 2" proqramıçərçivəsində hipersəs uçuş sınaqları və eksperimentləri üçünqarşılıqlı sınaq qurğularından istifadə edəcək, eləcə də texnikiməlumat mübadiləsi aparacaqlar.

Layihə çərçivəsində Vaşinqton, London və Kanberra öz texnolojiresurslarını birləşdirərək, 2028-ci ilə qədər 252 milyon dollarmaliyyə ilə altı birgə uçuş sınağı keçirməyi hədəfləyir. Həm hücum,həm də müdafiə məqsədli hipersəs texnologiyalarının inkişafıplanlaşdırılır.

Əməkdaşlıq, yüksək temperaturlu ərintilər, qabaqcıl hərəkətsistemləri, idarəetmə və istiqamətləndirmə texnologiyaları kimisahələrdə innovasiyaları sürətləndirməyi nəzərdə tutur.

Bundan əlavə, layihə üç ölkənin birgə çəkindirmə potensialınıartırmaqla yanaşı, hipersəs silahlarının inkişafı və təchizatı üçüntələblərin müəyyən edilməsinə dəstək olacaq.

Seçilən
36
1
az.trend.az

2Mənbələr