AZ

Dünya Bankı "Baku Harmoniya" təşəbbüsünə dəstək göstərəcək - Bankın direktoru

Bakı. Trend:

Dünya Bankı (DB) "Baku Harmoniya" təşəbbüsünə dəstəkgöstərəcək.

Trend xəbər verir ki, bubarədə Dünya Bankının kənd təsərrüfatı və ərzaq üzrə qlobalməsələlər üzrə direktoru Şobha Şetti COP29 çərçivəsində keçirilən"Fermerlər üçün Baku Harmoniya iqlim təşəbbüsünün təqdimatı: İqlimdəyişikliyinə qarşı dayanıqlığın artırılması üçün fermerlərinimkanlarının genişləndirilməsi" mövzusunda tədbirdə çıxışı zamanıbildirib.

"COP29-un "Baku Harmoniya" təşəbbüsünün təqdimatı münasibətiləsizi təbrik edirəm. Bu təşəbbüs bilik mübadiləsi və yayımı,investisiyaların cəlbi və kiçik fermerlərin imkanlarınıngenişləndirilməsi üçün vacib bir alət olacaq. Təşəbbüs, dayanıqlıkənd təsərrüfatının təşviqi, ərzaq təhlükəsizliyinin təmin olunmasıvə yoxsulluqdan azad və yaşamaq üçün əlverişli bir dünya yaratmaqməqsədilə kənd yerlərinin inkişafına dəstək sahəsində DünyaBankının öhdəlikləri ilə mükəmməl uyğunlaşır", - deyə o qeydedib.

Dünya Bankının direktoru vurğulayıb ki, DB kiçik fermerlərə vəaqrar-ərzaq sektorunda iqlim maliyyələşdirilməsinə dəstək üçünaparıcı maliyyə mənbəyi kimi "Baku Harmoniya" təşəbbüsünə öz bilikvə təcrübəsini tətbiq edəcək.

"Biz aqrar-ərzaq sektorunun dayanıqlı transformasiyası üzərindəişimizi üç əsas baza üzərində qururuq: biliklər, maliyyə vətərəfdaşlıq. Paris Sazişi imzalanandan bəri Dünya Bankı kəndtəsərrüfatına illik iqlim yönümlü investisiyalarını 8 dəfəartıraraq, 2023-cü maliyyə ilində təxminən 3 milyard dollaraçatdırıb.

Keçən maliyyə ilində kənd təsərrüfatı və ərzaq sektorlarınayönələn ümumi kreditləşmədə iqlim dəyişikliyinə qarşı mübarizəyəyönəldilən vəsaitlərin payı 62 faiz təşkil edib ki, bu da əvvəlkiilin 51 faiz göstəricisindən xeyli yüksəkdir. Biz, həmçinin,2030-cu ilə qədər aqrofinans və aqrobiznes sahəsindəöhdəliklərimizi ikiqat artıraraq, illik 9 milyard dollara çatdırmaqüzərində çalışırıq", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr