AZ

Milli Məclisin vəzifəli şəxsi vəfat etdi - FOTO

Milli Məclisin Aparatının Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Məmmədzadə vəfat edib.

News24.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, onun 64 yaşında qəfil ürəktutmadan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, A.Məmmədzadə uzun illərdir Milli Məclisdə çalışırdı. O, parlament Aparatında müxtəlif vəzifələrdə işləyib.

Allah rəhmət eləsin!

Seçilən
28
22
news24.az

10Mənbələr