AZ

Mərkəzi Bankdan təcili XƏBƏRARLIQ: Bu məlumatlara inanmayın

Azərbaycan Mərkəzi Bankı saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb.

Bu barədə Milli.Az-a Mərkəzi Bankdan məlumat verilib.

Qeyd olunub ki, Mərkəzi Bank tərəfindən aparılan müşahidələrə və daxil olan müraciətlərə əsasən, Bankın rəhbər şəxslərinin adından hazırlanmış saxta sənəd və lisenziyalardan istifadə edilməklə maliyyə xidmətləri istehlakçılarına həqiqətə uyğun olmayan məlumatların verilməsi hallarının yer aldığı müəyyənləşib.

Bildirilib ki, Mərkəzi Bank tərəfindən müvafiq maliyyə xidmətlərinin göstərilməsi üçün təqdim olunmuş lisenziyalara dair məlumatlar bankın rəsmi internet səhifəsində (www.cbar.az) Bazar iştirakçıları bölməsinin aidiyyəti üzrə yarımbölmələrində əks olunub və davamlı olaraq yenilənir.

Bu kimi hallarla rastlaşdıqda Mərkəzi Bankın rəsmi internet səhifəsindən əsas istinad və məlumat mənbəyi kimi istifadə edilməsi tövsiyə olunur", - rəsmi məlumatda vurğulanıb".

Milli.Az

Seçilən
5
20
milli.az

10Mənbələr