AZ

Paşinyan məmurları "WhatsApp"la İŞDƏN ÇIXARIR

Ermənistanın baş naziri Nikol Paşinyan bəzi yüksək vəzifəli məmurları vəzifədən azad etmələri barədə “Whatsapp” vasitəsilə məlumatlandırıb. Bu qeyri-adi üsul məmurlar arasında təəccüb doğurub. 

Musavat.com xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. 

Qeyd olunub ki, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan xəbəri gəzinti zamanı alıb və əvvəlcə bunu zarafat hesab edib.

Daha sonra o, vəziyyəti müzakirə etmək üçün yaxın çevrəsini, o cümlədən İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyanı və İrəvanın meri Tiqran Avinyanı toplayıb.

“Joqovurd” qəzetinin yazdığına görə, Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan bir gün əvvəl Paşinyanla tədbirdə iştirak etsə də, baş nazir ona heç nə deməyib.

Daha sonra baş nazirin aparat rəhbəri Araik Arutyunyan ona istefa ərizəsi yazmağı məsləhət görüb.

Mətbuatın məlumatına görə, vəzifədən azad edilənlərin əksəriyyətinə digər vəzifələr təklif olunacaq.

Musavat.com

Seçilən
34
1
musavat.com

2Mənbələr