AZ

Surangel Uipps Azərbaycan Prezidentinə təşəkkür edib

İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) iqlim böhranının ədalətli və səmərəli həlli üçün birgə öhdəlik olmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Palau Respublikasının Prezidenti Surangel Uipps COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.

O, iqlim konfransının yüksək səviyyədə təşkilinə və kiçik ada dövlətlərinin problemlərinin həllində göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

"Palau bir çox kiçik ada ölkələri kimi iqlim dəyişikliyinin nəticələrini kəskin şəkildə yaşayır. İqlim dəyişikliyi bizim ərzaq təhlükəsizliyimizə, infrastrukturumuza, iqtisadiyyatımıza, mədəniyyətimizə və mövcudluğumuza təhdid yaradır", - o bildirib.

Palau Prezidentinin sözlərinə görə, iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) iqlim böhranının ədalətli və səmərəli həlli üçün birgə öhdəlik olmalıdır: “NCQG ölkələrin uyğunlaşma, təsirlərin azaldılması, itki və zərərlərin kompensasiyası ehtiyaclarını ödəmək üçün kifayət qədər maliyyələşdirməyə asan çıxışı təmin etməlidir”.

Seçilən
27
4
bakivaxti.az

5Mənbələr