Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA Millətlər Liqasında dünən baş tutan Lüksemburq – Şimali İrlandiya oyununu idarə edib.
Futbolpress.az xəbər verir ki, referi 2:2 hesabıyla başa çatan görüşdə üç sarı vərəqə göstərib. O, meydan sahiblərinin bir, qonaqların iki futbolçusunu cəzalandırıb.
Şimali İrlandiya qrupu 11 xalla lider bitirib. Lüksemburq isə 3 xalla sonuncu olub.